8 Mart 2022 13:42
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya tərəfi ukraynalıları əsir götürmək üçün Rusiya və Belarusa qondarma humanitar dəhlizlər təşkil etmək istəyir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko telemarafon zamanı deyib.

“Ruslar dünən bir daha bəyan etdilər ki, bu gün humanitar dəhlizlər təqdim etməyi planlaşdırırlar. İnanmaq istərdim ki, bu, uğur qazanacaq, lakin təəssüflər olsun belə təəssürat yaranır ki, Rusiya Federasiyası öz hərbçilərinə Ukrayna ərazisinə heç bir humanitar dəhliz buraxmamağı tapşırıb”, - deyə Denisenko bildirib.

Onun sözlərinə görə, belə humanitar dəhlizlər işğal olunmuş ərazilərdən, xüsusən də Mariupol, Xarkov, İzyum, Trostyants, Buçi, Qostomeldən dinc əhalinin təxliyəsi üçün lazımdır.

Denisenko qeyd edib ki, ruslar ukraynalıların humanitar dəhliz xahiş etmələrini istəyirlər. “Ruslar Rusiya Federasiyası və Belarusa humanitar dəhliz açmağı planlaşdırır. Bizə təklif edirlər - gəlin biz sizi çıxaraq, siz bizim əsirimizə və televiziya qurbanına çevriləcəksiniz. Siz burada – Ukrayna hakimiyyəti altında sizin üçün nə qədər çətin olduğunu və burada, Rusiya Federasiyasında nə qədər yaxşı olduğunu söyləməlisiniz”, - o qeyd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər