ABŞ Hərbi Qüvvələrinə məxsus beş helikopter təcili Polşaya eniş edib.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, hava şəraitinin kəskin pis olması hərbi helikopterlərin enişinə səbəb olub.
Amerika ordusunun məlumatına görə, 15 əsgər Almaniyadakı bazaya təchizat aparırdılar. Həmçinin Polşa əsgərlərinə bir neçə ay təlim keçirildiyi vurğulanır.
Bu il ərzində bu Polşada birinci belə hadisə deyil. Sentyabrda analoji vəziyyət təkrarlanıb. Belə ki, ilk hadisədə helikopter qəzasının baş verməsi, 5 helikopterin məcburi eniş etməsinə gətirib çıxarmışdı.