“Moskva Avropa Şurasının NATO və Avropa Birliyi tərəfindən Qərb narsizminin platformasına çevrilməsində iştirak etməyəcək: bir-birinizlə həzz alın, amma Rusiyasız”.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
“Rusiyaya qarşı dost olmayan AB və NATO dövlətləri Avropa Şurası Nazirlər Komitəsində (CMCE) mütləq çoxluqdan sui-istifadə edərək, Avropa Şurasını və Avropada ümumi humanitar-hüquqi məkanı məhv etmək xəttini davam etdirirlər. Hadisələrin gedişi dönməz xarakter alır. Rusiya ABŞ-ın tapdaladığı beynəlxalq hüququn yerinə “qaydalara əsaslanan nizam”ın tətbiqi istiqamətində kollektiv Qərbin həyata keçirdiyi bu təxribatçı addımlara dözmək niyyətində deyil”, - XİN-in bəyanatında deyilib.