11 Mart 2022 13:14
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstəyini davam etdirmək əzmində olduğunu bildirib və vurğulayıb ki, Ukraynada Rusiya prezidenti Vladimir Putinin heç vaxt qələbəsi olmayacaq.

Teleqraf.com xəbər verir ki, Prezident Bayden bunu Ağ Evdə Kolumbiya lideri İvan Duke ilə danışıqlardan əvvəl deyib.

Prezident əlavə edib ki, Ukraynada heç vaxt Putinə qalib gəlməyəcək:

“İnanıram ki, Birləşmiş Ştatlar və dünya xalqları öz ölkəsini müdafiə edən Ukrayna xalqını dəstəkləməyə davam edəcəklər”.

Bayden xatırladıb ki, ABŞ bu günə qədər Ukraynaya təhlükəsizlik sahəsində kömək üçün bir milyard dollar ayırıb: “Hazırda yeni müdafiə ləvazimatları ora gedir. ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalar Rusiya iqtisadiyyatına zərbə vurur və rubl artıq yarı dəyərini itirib”.


Müəllif: Nemət

Oxşar xəbərlər