12 Mart 2022 19:01
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, Fransa və Almaniya liderləri Moskvanın Ukrayna ilə bağlı tələblərinin yerinə yetirilməsi üçün işlənən razılaşmalarla bağlı məsələləri müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Vladimir Putin Emmanuel Makron və Olaf Şoltsu Rusiyanın Ukraynada hərbi əməliyyatlar zamanı dinc əhaliyə qarşı ehtiyatla davranması barədə məlumatlandırıb.

Putin bildirib ki, Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması ilə bağlı çoxsaylı faktlar mövcuddur.

Liderlər Ukraynadakı vəziyyətlə bağlı təmasların davam etdirilməsi barədə razılığa gəliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər