Ukrayna və Rusiya nümayəndə heyətləri bu gün müharibəyə son qoymaq üçün keçirilən danışıqların növbəti raundunda xüsusi işçi altqrupların yaradılması barədə razılığa gəliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın danışıqlar nümayəndə heyətində təmsil olunan Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
Podolyak bildirib ki,Rusiya nümayəndə heyəti ilə danışıqlar videoformatda fasiləsiz davam edir: "Xüsusi işçi altqruplar yaradılıb. Ukraynanın mövqeləri əvvəlki ən sərt direktivlərlə müəyyən edilib".