13 Mart 2022 11:41
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski və İsrailin Baş naziri Naftali Bennett arasında telefon danışığı olub.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Zelenski rəsmi Tvitter səhifəsində yazıb.

"Mən İsrailin baş naziri ilə dialoqu davam etdirdim. Biz Rusiyanın təcavüzündən və sülh danışıqlarının perspektivlərindən danışdıq. Dinc əhaliyə qarşı təcavüzü dayandırmalıyıq. Bennettdən Melitopolun əsirlikdə olan bələdiyyə sədrinin və yerli nümayəndələrinin azad edilməsinə köməklik göstərməsini xahiş etdim”, - Zelenski yazıb.

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər