Ukrayna müdafiə qüvvələri Xarkov ətrafında Rusiya ordusunun hücumunun qarşısını alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının mətbuat xidməti məlumat yayıb.
“Ukraynanın müdafiəçiləri Xarkov ətrafında düşmənin hücumlarını dayandırır”, - məlumatda deyilib.
Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya müharibə elan edib və bundan sonra rus ordusunun irimiqyaslı işğalı başlayıb.
Rusiya qoşunları artilleriya, reaktiv qumbaraatan və ballistik raketlərdən istifadə etməklə Ukraynanın şəhər və qəsəbələrinin yaşayış məntəqələrini kütləvi atəşə tutur.