16 Mart 2022 00:13
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrovla Mövlud Çavuşoğlu arasında görüş olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Rusiya Silahlı Qüvvələrinin Ukraynada həyata keçirdiyi xüsusi əməliyyatın gedişatını müzakirə edəcəklər.

"Nazirlər Ukraynadaxili böhranın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparacaqlar. Rusiya tərəfi Ukraynada hərbi əməliyyatın gedişi və təhlükəsizliyin təmin edilməsi üçün atılan addımlar barədə qarşı tərəfi məlumatlandıracaq. O cümlədən, humanitar dəhlizlərin yaradılması və əcnəbi vətəndaşların təxliyəsi müzakirə mövzusu olacaq”, - Nazirliyin məlumatında deyilir.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin martın 15-də keçirilən növbəti iclasından sonra xalqa müraciətində deyib ki, martın 16-da xarici işlər naziri Rusiyada, martın 17-də isə Ukraynada görüşlər keçirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər