Ukrayna ordusu Rusiya qoşunlarının yüksək rütbəli on zabitini zərərsizləşdirib.
Teleqraf.com Ukrayna mediasına istinadən xəbər verir ki, sıradan çıxarılan Rusiya zabitlərinin arasında dörd general, üç polkovnik və üç polkovnik-leytenant olub.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə və İnformasiya Təhlükəsizliyi Mərkəzi məlumatı təsdiqləyib.
Məlumata görə, onların arasında dörd general-mayor, üç polkovnik və üç polkovnik-leytenant var.
Ukrayna tərəfi zərərsizləşdirdiyi yüksək çinli rus zabitlərinin adlarını da açıqlayıb:
General-mayor Maqomed Tuşayev, General-mayor Vitali Gerasimov,General-mayor Andrey Kolesnikov, General-mayor Andrey Suxovetski, polkovnik Andrey Zaxarova, polkovnik Sergey Porohnya, polkovnik İqor Nikolaev, Polkovnik-leytenant Yuri Aqarkov,polkovnik-leytenant Dmitri Sofronov, Polkovnik-leytenant Mixail Ermolin.
Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə və İnformasiya Təhlükəsizliyi Mərkəzi bəyan edib ki, Ukrayna ərazisində olan hər bir işğalçını ölüm gözləyir.