Ukraynanın Melitopol şəhərinin meri İvan Fyodorov 2002-2003-cü il təvəllüdlü 9 rusiyalı müddətli hərbi qulluqçu ilə dəyişdirilib.
Teleqraf.com-un məlumatına görə, bunu Ukrayna Prezidenti Ofisinin rəhbərinin mətbuat katibi Darya Zarivna bildirib.
Onun sözlərinə görə, "onlar faktiki olaraq uşaqdırlar. Rusiya Federasiyası Müdafiə Nazirliyinin sözlərinə görə, Ukraynada olmayan çağırışçılardırlar".
Mətbuat katibi əlavə edib, İ.Fyodorov azad edildikdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıb.