17 Mart 2022 17:15
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oliqarxlar Vladimir Putinə Ukrayna ilə müharibəni dayandırmaq üçün təsir edə bilməzlər.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı iş adamı Mixail Fridman "Bloomberg Businessweek"ə müsahibəsində bildirib.

Rusiyalı oliqarx Mixail Fridman müsahibəsi zamanı Avropa sanksiyalarından şikayətlənib və Ukrayna ilə müharibəni bitirmək üçün Vladimir Putinə təsir edə bilməyəcəyini deyib.

“Əgər Avropa İttifaqında hakimiyyətdə olan insanlar hesab etsələr ki, sanksiyalara görə mən cənab Putinin yanına gedib deyə bilərəm ki, müharibəni dayandırsın və bu işə yarayacaq, qorxuram ki, hamımızın böyük problemləri var. Deməli, bu qərarı verənlər Rusiyanın necə təşkilatlandığı haqda heç nə başa düşmürlər. Bu, gələcək üçün təhlükəlidir”, - Fridman bildirib.

O, heç bir dövlət şirkətində və ya dövlət vəzifəsində işləmədiyini də vurğulayıb.

Fridman ona və “Alfa”Banka qarşı tətbiq edilən sanksiyaları məntiqsiz hesab etdiyini də açıqlayıb: “Mən cəzamın məntiqini başa düşə bilmirəm. Qərbdə adi insanların ümumi təsəvvürü belədir: bu acgöz oliqarxlar Putinin yanına gəlib ona “dur” deyə bilərlər. Niyə belə düşünürlər?”.

İş adamı onu da əlavə edib ki, Alfa Qrupundakı payından qurtulmaq və Rusiyanı tərk etmək onun üçün emosional baxımdan çətin olar.

2013-cü ildə Fridmanın “Alfa Qrupu” Rusiyanın Krımı ilhaq etməsindən təxminən bir il əvvəl dövlətə məxsus “Rosneft”ə 14 milyard dollara satmaqla anti-Rusiya sanksiyalarının ilk dalğasından xilas olub.

Bloombergə görə, Fridmanın Kremlə təsir edə bilməməsi ilə bağlı arqumenti 1990-cı illərdən bəri rus oliqarxlarının hakimiyyətə təsirinin necə dəyişdiyini əks etdirə bilər.


Müəllif: Nemət

Oxşar xəbərlər