18 Mart 2022 00:26
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada daha çox insan ölümünün qarşısını almaq, sülh və sabitliliyin bərqərar olması üçün təcili olaraq atəşkəsin elan edilməsi vacibdir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, qızğın döyüşlər gedən ərazilərdən insanların təhlükəsiz şəkildə təxliyəsi üçün Türkiyə hər cür səy göstərir.

“Xüsusilə də vətəndaşlarımızın və mülki şəxslərin Mariupoldan təxliyəsi üçün hər iki tərəflə fasiləsiz təmaslarımızı davam etdiririk. Biz bölgəmizdə sülh və sabitliyin sabitliyin bərqərar olması üçün Montrö boğazlar konvensiyasının ölkəmizə verilən səlahiyyətlərdən istifadə etmək də daxil, hər cür səy göstərmişik, bundan sonra da bu addımlarımızı davam etdirəcəyik. Bölgədə sağlam düşüncənin üstünlük təşkil edərək, tezliklə atəşkəsin əldə olunmasına ümüd edirik”, - deyə nazir bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər