21 Mart 2022 11:57
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun fövqəladə sammiti üçün Avropaya gələn ABŞ Prezidenti Co Bayden martın 25-də Polşaya səfəri zamanı Ukraynaya sülhməramlı kontingentin göndərilməsi məsələsini müzakirə edəcək.

Teleqraf.com-un xəbərinə görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild məlumat verib.

O qeyd edib ki, Birləşmiş Ştatlar Ukraynaya qoşun yeritmək niyyətində deyil, amma NATO müttəfiqlərinə hücum olacağı təqdirdə onlara dəstək verəcək:

“NATO-nun sammitində hansı qərarların qəbulunu və Polşanın təklifinə (Ukraynaya sülhməramlıların gətirilməsi – red.) alyansın necə reaksiya göstərəcəyini proqnozlaşdıra bilmirəm. Onu deyə bilərəm ki, Amerika qoşunları Ukraynaya göndərilməyəcək. Prezident bunu açıq şəkildə bildirib. Digər NATO ölkələri Ukraynaya qoşun göndərmək qərarına gələ bilərlər. Bu, onların özlərinin verməli olduğu qərar olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər