25 Mart 2022 00:26
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şarl Mişel yenidən Avropa İttifaqı Şurasının prezidenti seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Brüsseldə keçirilən Avropa İttifaqının sammitinin bəyanatında deyilir.

Onun səlahiyyət müddəti 30 noyabr 2024-cü il tarixədək davam edəcək.

Qeyd edək ki, 1999-cu ildə 23 yaşlı Şarl Mişel Belçika parlamentinin ən gənc deputatı olub. O, Belçikada 2014-cü ildə hökumət koalisiyasında ali vəzifəni tutandan əvvəl partiya lideri və Nazirlər Kabinetinin rəhbəri olub.

2019-cu il iyulun 2-də Brüsseldə Avropa İttifaqının sammitində Şarl Mişel ilk dəfə Şuranın Prezidenti olub. Dekabrın 1-də o, növbəti 2 ilyarım üçün vəzifəsinin icrasına başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər