25 Mart 2022 08:00
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Milli Qvardiyasının OMON “Plastun” əməliyyat bölüyünün tağım komandiri, polis kapitanı Farid Çitav 11 döyüşçüsü ilə birlikdə Ukrayna sərhədini keçməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Meduza” nəşri döyüşçülərin vəkillərinə istinadən yazır. Onlar imtinanı sərəncamın qanunsuzluğu ilə izah ediblər.

“Onların heç birinin xarici pasportu və ya Rusiya ərazisini tərk etmək niyyəti olmayıb, birbaşa rəsmi vəzifələri isə Rusiya Federasiyasının ərazisi ilə məhdudlaşıb. Xüsusi hərbi əməliyyatda iştirak etmək üçün Ukrayna ərazisinə ezamiyyətlər, bu əməliyyatın vəzifələri və şərtləri barədə iddiaçıların heç biri xəbərdar edilməyib və nəticədə buna razılıq verilməyib”, - nəşr yazır.

Bundan sonra Rusiya Qvardiyasının döyüşçüləri rəsmi yoxlamadan keçirilib və onun nəticələrinə əsasən onlar xidmətdən qovulublar. Milli qvardiyaçılar işdən çıxarılmalarını qanunsuz hesab edir və onların iş yerinə bərpa tələbi ilə məhkəməyə müraciət ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər