25 Mart 2022 15:45
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xabarovsk sakini təxribat məqsədilə Kiyevə məxfi məlumatları satmaq istəyərkən dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb.

Teleqraf.com-un məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidməti bildirib ki, vaxtında görülən tədbirlər nəticəsində saxlanılan şəxs planını həyata keçirə bilməyib.

Əməliyyat məlumatlarına görə, məxfi məlumatlara çıxışı olan şəxs anonim olaraq Ukrayna kəşfiyyat xidmətinə internet vasitəsilə ondan Rusiya Federasiyasının təhlükəsizliyinə zərər vurmaq üçün, o cümlədən təxribat törətmək üçün istifadə oluna biləcək məlumatları almağı təklif edib.

Bütün bunlar Ukraynanın denazifikasiyası üzrə xüsusi hərbi əməliyyat zamanı baş verib.

FSB əlavə edib ki, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi (Dövlətə xəyanət) ilə cinayət işi başlanıb.


Müəllif: Nemət

Oxşar xəbərlər