26 Mart 2022 14:31
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Melitopolda rus əsgərlər “nasistlərin harada yaşadığını” axtarırlar. Rus ordusu Zaporojye vilayətində ələ keçirdiyi Melitopol şəhərində onlara tabe olmaq istəməyənlər üçün “ov”a başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Zaporojye administrasiyası məlumat verib.

Məlumatda qeyd edilir ki, şəhərdəki rus komendantlığı icma başçılarını toplayır və “faşistlərin" harada yaşadığı barədə məlumat verməyi təklif edir.

“Faşistlər” anlayışına Melitopolun Rusiya olması ilə razılaşmayan, Ukraynanın bayrağını və ya gerbini saxlayan və ya nümayiş etdirən, habelə Ukrayna hakimiyyətini yeganə qanuni hesab edənlər daxildir”, - məlumatda qeyd edilib.

Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, ruslar Melitopolda “Rusiya hakimiyyətinə dəstək” məqsədilə saxta mitinq keçirməyi planlaşdırır. Bunun üçün insanlara 1200 rubl vəd edilir.


Müəllif: Nemət

Oxşar xəbərlər