26 Mart 2022 16:49
1 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Quru Qoşunlarının keçmiş komandanı, general Valdemar Skşipçak deyib ki, Polşanın Rusiya tərəfindən işğal edilmiş Kalininqrad bölgəsinə iddia etmək hüququ var.

Teleqraf.com xəbər verir ki, bu barədə “Do Rzeczy” nəşri bildirib.

Daha sonra general bu ərazinin heç vaxt Rusiyanın olmadığını, tarixən Prussiya və Polşaya məxsus olduğunu vurğulayıb: “Fikrimcə, Polşanın bir hissəsi olan Kalininqrad vilayətini istəməyə dəyər. Bizim indi Rusiyanın işğalı altında olan bu əraziyə iddialı olmaq hüququmuz var”.

Skşipçak əlavə edib ki, Kalininqrad vilayətinin heç bir hərbi əhəmiyyəti yoxdur.

Bundan əvvəl Kremlin təbliğatçıları Baltikyanı ölkələrin, Ukrayna və Polşanın tarixi torpaqlarına dəfələrlə ərazi iddiaları irəli sürüblər.

1945-ci ilə qədər Kalininqrad vilayəti Prussiyaya aid olubi və Köniqsberq adlanırdı. İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqına verilib.


Müəllif: Nemət

Oxşar xəbərlər