27 Mart 2022 15:13
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Daxili işlər naziri Denis Monastırski bildirib ki, Kiyev ətrafında və regionda vəziyyət müsbət tendensiyaya malikdir.

Teleqraf.com xəbər verir ki, nazir qələbə gözlədiyini bildirib.

“Mən yalnız Kiyev ətrafında müsbət dinamikanı şərh edə bilərəm və mən paytaxtın bütün sakinləri ilə, digər şəhərlərlə birlikdə bu sahədə qələbə gözləyirəm”, - Monastırski Ukrayna televiziyasında deyib.

Kiyev vilayətinin polisi bildirib ki, Buça, Makarov, Borodyanka, İrpen, Dmitrov icmaları və Qostomel ərazisində döyüşlər davam edir. Rayonun digər icmalarında vəziyyət nəzarət altındadır.

İşğalçılar bölgənin bir sıra yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.


Müəllif: Nemət

Oxşar xəbərlər