Ukrayna Prezidenti Vladimir Zelenski İngiltərənin “The Economist” nəşrinə müsahibəsində Rusiyanın ölkəsinə işğalçı hücumu ilə bağlı sualları cavablandırıb.
Teleqraf.com xəbər verir ki, o, Fransa kimi bir sıra ölkələrin Rusiyanın qorxusundan Ukraynaya yardım etmədiyini bildirib.
Jurnalistin “Daha çox silah istəyəndə Fransa Prezidenti Makron dedi ki, tanklar kimi hücum silahları Ukraynanın tərəfdaşlarının keçə bilməyəcəyi “qırmızı xətt”dir. Niyə?” sualına Zelenski belə cavab verib:
“Çünki Rusiyadan qorxurlar. Məsələ budur və ilk deyənlər ilk qorxanlardır”.
İngiltərə Baş naziri Boris Consonu daha çox yardım edən lider kimi xarakterizə edən Zelenski söyləyib:
“Ölkə liderləri seçicilərinin necə davranacağına görə reaksiya verirlər. Bu baxımdan, Conson nümunədir”.
O, İngiltərənin Ukraynanın tərəfində olduğunu vurğulayıb:
“İngiltərə balanslaşdırıcı davranış sərgiləmir. İngiltərə vəziyyətdən çıxış yoluna alternativ görmür: Ukraynanın qalib gəlməsini, Rusiyanın isə uduzmasını istəyir. Amma mən İngiltərənin müharibənin davam etməsini istəyib-istəmədiyini söyləməyə hazır deyiləm”.