29 Mart 2022 23:26
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Rusiya və Ukrayna arasında bu gün İstanbulda keçirilən müzakirələri müsbət qiymətləndirib.

Teleqraf.com xəbər verir ki, Düjarrik İstanbulda aparılan müzakirələr üzrə mümkün qədər tez razılaşma əldə edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, bu gün İstanbulda, Dolmabaxça sarayında Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsi baş tutub. Mətbuata qapalı keçirilən görüş üç saata yaxın davam edib.

Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Prezidentin köməkçisi Vladimir Medinski deyib ki, Rusiya Kiyevdən neytral və qeyri-nüvə statusu istəyini təsdiqləyən yazılı təkliflər alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər