24 Noyabr 2014 20:11
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftin barelinin qiymətinin 80 dollaradək ucuzlaşması Rusiyanın energetika sahəsində hegemonluq iddiasını heçə endirib. Adətən iqtisadi-siyasi təzyiq və təhdid dilində danışmağa üstünlük verən Rusiya rəsmiləri bu dəfə OPEK-ə və fəal neft ixracı ilə məşğul olan digər ölkələrə minnətçi düşüblər.

Teleqraf.com-un məlumatına görə, bu barədə Rusiyada populyar olan “Kommersant” qəzeti yazır. Qəzetin elektron nəşri iddia edir ki, Rusiya hakimiyyəti neft hasilatının ikitiərfli qaydada 15 milyon ton azaldılması xahişi ilə OPEK-ə müraciət edib.

Məsələ Amerika qitəsində əsas neft ixracatçısı və Rusiyanın yaxın müttəfiqi hesab edilən Venesuela ilə də ikitərəfli qaydada müzakirə edilib.

Bu faktı Venesuelanın Xarici İşlər naziri Rafael Ramires də təsdiqləyib. Xatırladaq ki, o, sentyabra qədər ölkənin energetika naziri idi və nəhəng neft-qaz şirkətinə başçılıq edirdi.

Rusiya Federasiyasının Energetika Nazirliyinin başçısı Aleksandr Novak isə bu istiqamətdə çoxtərəfli müzakirələr aparıldığını etiraf edərək, yeganə çıxış yolunun hasilatın nəzərəçarpacaq dərəcədə azaldılması olduğunu bildirib.

"Neft in qiymətinin azalması Rusiyanın və Venesuelanın iqtisadiyyatına çox təsir edir. Görünür ki, vəziyyətə nəzarət indi OPEK-in əllndədir. Amma təşkilat birtərəfli qayda ilə çıxartmanı aşağı salmağa hazır deyil". Bunu “Kommersant”a Energetika Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşı izah edib.

Aleksandr Novak isə açıq şəkildə bəyan edib ki, neftin qiymətinin aşağı düşməsinə görə, Rusiya bu il 140 milyard dollar itirib.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər