Rusiya və Abxaziya arasında imzalanmış saziş Gürcüstanda vəziyyətin davamlı nizamlanmasına xidmət etmir.
Teleqraf.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.
“Biz noyabrın 24-də Rusiya və Gürcüstanın Abxaziya regionu arasında bağlanmış “Müttəfiqlik və strateji tərəfdaşlıq haqqında” sazişi tanımırıq. ”, deyə Y.Stoltenberq bildirib.
Şimalı Atlantika alyansının rəhbəri Rusiyanı Gürcüstan əraziləri - Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasını ləğv etməyə və bu ölkədən öz qoşunlarını çıxarmağa çağırıb.