13 Aprel 2022 12:58
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Rusiyaya birləşdirilməsi ehtimalından danışıb.

Teleqraf.com xəbər verir ki, o, bunu “köhnə metod” adlandırıb.

“Biz Putinlə köhnə metodlarla hərəkət edəcək qədər axmaq deyilik”, - Lukaşenko bildirib.

Onun sözlərinə görə, Rusiya və Belarus elə bir ittifaq yarada bilər ki, digər ölkələr sanksiyaları ləğv etmək məcburiyyətində qala bilərlər.

Bundan əvvəl Belarus prezidenti Birlik Dövlətinin inkişafı üçün yeni iqtisadi strategiyanın hazırlanmasına çağırıb. Onun fikrincə, Minsk və Moskva mövcud problemlərə cavab verərək sabaha baxmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu