Avstriya paytaxtı Vyanada keçirilən danışıqlar sazişsiz bitəndən sonra İranın nüvə proqramı üzrə razılaşma üçün son müddət iyun ayınadək uzadılıb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər naziri Philip Hammond açıqlama verib. Onun sözlərinə görə, irəliləyişlər olmasıma baxmayaraq, ortaq məxrəcə gələ bilməyib.
Qeyd edək ki, ABŞ, Birləşmiş Krallıq, Rusiya, Çin, Fransa və Almaniya İranın öz nüvə proqramını məhdudlaşdırmasını istəyir. Dünya gücləri bunun əvəzinə BMT sanksiyalarının qaldırılmasını təklif edir.
Tehran isə nüvə silahını hazırlamaq deyil, atom enerjisi əldə etmək niyyətindədir.
İran prezidenti Həsən Ruhani Qərb hədsiz tələbləri qarşılığında razılığın əldə olunmayacağını bildirib.
Samir