Suriya ordusu “İŞİD” terror qruplaşmasının Rakka şəhərindəki mövqelərinə hava zərbələri endirib, nəticədə azı 15 nəfər ölüb.
Teleqraf.com-un “BBC”-yə istinadən verdiyi xəbərə görə, bir neçə mərmi şəhər bazarına tuş gəlib.
Suriya hüquq müdafiəçiləri ölənlərin arasında bir neçə uşağın olduğunu bildiriblər.
Qeyd edək ki, son aylar Suriya ordusunun “İŞİD”-in Rakka şəhərindəki mövqelərinə hücumlarının sayı xeyli artıb. Öz növbəsində, beynəlxalq koalisiya qüvvələri də şəhərə mütəmadi hava zərbələri endirir.