26 Noyabr 2014 03:24
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünyada İsraildən demokratik dövlət yoxdur"

İsrailın baş naziri Binyamin Netanyahu ölkəsinin "yəhudi xalqının milli dövləti" olaraq tanınmasının gələcəkdə imzalanacaq hər hansı bir sülh razılaşmasının əsasını təşkil edəcəyini deyib.

Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, Netanyahu yazılı açıqlamasında İsrailin "nümunəvi bir demokratik dövlət" olduğunu iddia edib: "Ölkənin bütün vətəndaşlarına bərabər hüquqlar təmin edilib. Bu vəziyyət bu ana qədər belədir və bu şəkildə də davam edəcək. Dünyada İsraildən daha demokrat bir ölkə tanımıram. Bölgədə isə qətiyyən belə bir dövlət yoxdur. "ifadələrini istifadə etdi.

İsrailin yəhudilərin milli dövləti olması ilə bağlı qanun layihəsi gələn həftə parlamentin təsdiqinə təqdim ediləcək.

Söz mövzusu olan qanun layihəsi "İsrail dövlətinin yalnız yəhudilərə aid olması, ərəb vətəndaşların yəhudilərlə bərabərhüqulu olmadığı və onların ikinci sinif vətəndaş olaraq görülməsi" iddialarına görə tənqid olunur.

Nihad


Müəllif:

Oxşar xəbərlər