Rusiyanın Ukraynaya vurduğu zərər milyardlarla deyil, trilyonlarla ölçülür. Rəsmi Kiyev birmənalı şəkildə vurulan zərərin kompensasiyasını tələb edir.
Teleqraf.com-un məlumatına görə, müvafiq açıqlama ilə hökumətin bugünkü iclasında Ukraynanın baş naziri Arseniy Yatsenyuk çıxış edib.
Baş nazir bildirib ki, Ukrayna bununla bağlı Avropa Məhkəməsində artıq 3 iddia qaldırıb:
"Ukrayna Rusiya Federasiyasına qarşı insan hüquqları üzrə Avropa Məhkəməsinə üç iddia ilə müraciət edib. Biz Rusiyanın Ukraynaya vurduğu milyardlarla, daha doğrusu, trilyonlarla zərərin kompensasiya edilməsini istəyirik".
Yatsenyuk onu da xatırladıb ki, Ukrayna terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq konvensiyanın pozulması səbəbindən Rusiyanın beynəlxalq məhkəmədə məsuliyyətə cəlb edilməsi proseduruna başlayıb.
Nail Cəlil