Rusiya Ukraynada quru qoşunlarının təxminən 65%-ni istifadə edib. Gücün dörddə biri yəqin ki, sıradan çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatı “Twitter” səhifəsində məlumat yayıb.
Kəşfiyyat məlumatlarına görə, münaqişənin əvvəlində Rusiya 120-dən çox batalyon taktiki qruplarını işə salıb ki, bu da onun ümumi quru döyüş gücünün təxminən 65%-ni təşkil edir.
“Ehtimal ki, bu bölmələrin dörddə birindən çoxu hazırda sıradan çıxıb. Rusiyanın ən elit bölmələrindən bəziləri, o cümlədən Hava-Desant Qüvvələri tükənməyə məruz qalıb”, - məlumatda deyilir.
Böyük Britaniyanın Müdafiə Nazirliyi hesab edir ki, Rusiyaya bu qüvvələri yenidən yaratmaq üçün yəqin ki, illər lazım olacaq.