İrəvan polisi Baqramyan prospektində keçirlən aksiyalarda iştirak edən Vətən Partiyasının üzvü Arsen Babayanı saxlayıb.
Teleqraf.com erməni mediasına istinadən bildirir ki, Babayan prospekti bağlamaq istəyərkən saxlanılıb.
Polis indiyədək Baqramyan prospekti ilə Proşyan küçəsinin kəsişməsində nəqliyyatın hərəkətini qismən bərpa edə bilib.
Xatırladaq ki, bu gün səhər saatlarında revanşist erməni müxalifəti hakimiyyətə qarşı itaətsizlik aksiyasına başlayıb.