4 May 2022 10:59
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Ukrayna arasında davam edən müharibənin 70-ci günündə NATO-nun RQ-4 Global Hawk model Pilotsuz Uçuş Aparatının (PUA) izlədiyi marşrut gündəm olub.

Teleqraf.com xəbər verir ki, NATO PUA-sı Türkiyə hava məkanına daxil olmayıb.

Müharibə başlayandan bəri Moskva ilə Kiyev arasında vasitəçilik səylərini davam etdirən və NATO üzvü olmasına baxmayaraq Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda iştirak etməyən Türkiyənin bu mövqeyi beynəlxalq aləmdə tez-tez gündəmə gəlir.

Tvitterdəki paylaşımda “NATO RQ-4 Global Hawk model pilotsuz təyyarəsinin Türkiyənin hava məkanına girmədən 52 min fut yüksəklikdən Qara dənizə doğru irəlilədiyi” bildirilib.

Təyyarələrin marşrutlarını izləyən “FlightRadar24” adlı platformada NATO-nun RQ-4 Global Hawk tipli pilotsuz uçuş aparatının Türkiyə hava sahəsinə girməmək üçün marşrutunu uzatdığı aydın nolur.

Yüksək hündürlükdə uçan və uzaqdan idarə oluna bilən müşahidə vasitəsinin marşrutu Tvitterdə paylaşılarkən “FlightRadar24 məlumatlarına görə NATO-nun pilotsuz təyyarəsi Türkiyə hava məkanına girməmək üçün qəribə bir marşrut izləyir” şərhləri edilib.

Dronun Türkiyə hava məkanından Qara dənizə getmədiyi bildirilib.


Müəllif: Nemət

Oxşar xəbərlər