7 May 2022 13:28
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, ATƏT PA-da parlament nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev bir sıra üzv ölkələrinə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, deputat ATƏT Parlament Assambleyasının Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi qismində mayın 8-dən 10-dək Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində, 10-11 may tarixlərində Albaniyanın paytaxtı Tiranada, mayın 11-dən 13-nə kimi isə Monteneqronun paytaxtı Podqoritsada olacaq.

Səfər çərçivəsində bu ölkələrin dövlət rəsmiləri ilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

Səfər zamanı ölkələrin hazırki vəziyyəti təhlil ediləcək, regionda mövcud durumun qiymətləndirilməsi aparılacaq.


Müəllif: Nemət

Oxşar xəbərlər