10 May 2022 15:38
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı iş adamlarının müəmmalı şəkildə öldüyü hadisələrə yenisi əlavə edilib. Rusiyanın neft nəhəngi “Lukoyl”un keçmiş icraçı direktoru, milyarder Aleksandr Subbotin ölü tapılıb.

Teleqraf.com xəbər verir ki, aprelin sonundan bəri Rusiyanın enerji sektoru ilə əlaqəli ən azı altı nəfər ölüb.

Rusiyanın ən böyük neft şirkətlərindən biri olan “Lukoyl”un keçmiş direktoru Aleksandır Subbotin həftə sonu qonaq getdiyi şamanın evində ölü tapılıb.

43 yaşlı milyarderin dərman qəbul etdiyi və infarkt keçirdiyi bildirilir.

“Lukoyl”da uzun müddət menecer işləyən Subbotin bir neçə ay ərzində naməlum səbəblərdən dünyasını dəyişən sonuncu rus enerji şirkətləri ilə əlaqələri olan rus iş adamı oldu.

Şamanlar Aleksey Pindyurin və Kristina Teyxribin heyvan qurbanı ritualları ilə müştərilərini sağaltdıqlarını iddia etdikləri deyilir. Lakin cütlük polisə verdikləri ifadədə Subbotinin müştəri deyil, onların dostu olduğunu bildirib.

Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan “Qazprom”un keçmiş vitse-prezidenti Vladislav Avayev ötən ay həyat yoldaşı və 13 yaşlı qızı ilə birlikdə Moskvadakı mənzilində ölü tapılıb.

Bu hadisədən sonra “Qazprombank”la yaxın münasibətdə olan “Novatek” təbii qaz şirkətinin keçmiş vitse-prezidenti, rusiyalı oliqarx Sergey Protosenya da həyat yoldaşı və qızı ilə birlikdə İspaniyadakı evində ölü tapılıb.


Müəllif: Nemət

Oxşar xəbərlər