12 May 2022 10:12
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsi fonunda ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsi üçün təlimatlar hazırlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Bu qərarı ABŞ Rusiya ilə gərginliyin artmasının qarşısını almaq üçün verib.

Kəşfiyyatçılar üçün Daxili Təlimat müvafiq məlumat növlərinə iki qadağa qoyur.

Qadağanın kateqoriyalarından biri - kəşfiyyat məlumatlarının mübadiləsi Ukraynaya ondan kənarda Rusiya obyektlərinə hücum etməyə kömək edəcək istənilən məlumatla bağlıdır.

Qadağanın məqsədi ABŞ-ı “Ukraynanın Rusiya daxilində həyata keçirə biləcəyi” mümkün hücumlarda iştirakdan saxlamaqdır.

Hazırda Kiyev və Vaşinqton arasında kəşfiyyat üzrə əməkdaşlığa Ukraynanın “real vaxt rejimində” aldığı rus qoşunlarının yeri və hərəkəti haqqında məlumatlar, peyk şəkilləri və ABŞ-dakı məxfi Amerika mənbələrindən toplanmış hesabatlar daxildir.

Bundan əlavə, ABŞ artıq Ukraynaya Rusiyanın ali hərbi rəhbərliyinin üzvlərini, o cümlədən Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov və müdafiə naziri Sergey Şoyqunu məhv etməyə kömək edəcək ətraflı məlumat verə bilməyəcək.

Lakin bu qadağa rus generallarına şamil edilmir. Eyni zamanda yüksək rütbəli amerikalı məmurun sözlərinə görə, ABŞ hökuməti onların Ukraynada olduğu yerlər barədə də məlumat verməmək qərarına gəlib.


Müəllif: Nemət

Oxşar xəbərlər