Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Avropa İttifaqını təcavüzkarla flört etməməyə və Rusiya neftinə embarqo qoymağa çağırıb.
Teleqraf.com xəbər verir ki, Podolyak bu barədə özünün Tvitter hesabında yazıb.
“Əgər 1938-ci ildə liderlər qətiyyətlə hərəkət etsəydilər, Avropa İkinci Dünya müharibəsindən qaça bilərdi. Amma siyasətçilər qorxaq olublar və təcavüzkarla flört ediblər. Bunun nəticəsi milyonlarla insan faciəsidir. Yenidən bunu təkrarlasaq, tarix bizi bağışlamayacaq. Avropa İttifaqı dərhal Rusiya neftinə embarqo qoymalıdır. Vaxt yoxdur”, - Podolyak vurğulayıb.