Gürcüstandan birtərəfli qaydada müstəqilliyini elan edən Cənubi Osetiyanın Rusiyaya birləşmək üçün iyulun 17-də referendum keçirəcəyi bildirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Osetiyadakı qondarma rejim məlumat yayıb.
Məlumata görə, bölgədəki separatçı rejimin başçısı Anatoli Bibilov iyulun 17-də Cənubi Osetiyanın Rusiyaya birləşməsi ilə bağlı referendumun keçirilməsi haqqında fərman imzalayıb.
Mayın 9-da Cənubi Osetiyada qondarma prezident seçkilərinin ikinci turu keçirilib.
Müxalifətdə olan “Nixas” partiyasının lideri Alan Qaqloyev seçkilərdə qalib gəlib. O, bu vəzifənin icrasına mayın 21-dən başlayacaq.