16 May 2022 16:00
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni müxalifəti Nikol Paşinyana qarşı etiraz cəhdinə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri, “Ermənistan” müxalifət blokundan olan deputat İşxan Saqatelyan ermənilərə müraciət edib.

“Əziz həmvətənlər, sabah səhər biz çox vacib bir iş görməliyik. Mən bütün ictimai xadimlərə, sosial şəbəkələrin fəal istifadəçilərinə, Ermənistanın taleyindən narahat olan hər bir erməniyə müraciət edirəm, sabah səhər saat 8-də küçəyə çıxmağa və etiraz aksiyaları keçirməyə çağırıram”, - Saqatelyan Facebook səhifəsində yazıb.

Deputat qeyd edib ki, izləyiciləri sosial media səhifələrində aksiya haqda yazmağa çağırıb: "Dostlarınızın köməyi ilə kiçik qruplar təşkil edin və sabah səhər İrəvanın bütün küçələrini bağlayın: “Bu, çox vacib məsələdir. Qələbə yaxındır”.

Qeyd edək ki, erməni müxalifəti həm də İrəvandakı Fransa meydanında etiraz mitinqinə hazırlaşır.

Bu gün İrəvanda revanşist müxalifətin aksiyasına polis müdaxilə edərək onlarla insanı saxlayıb.

Müşahidəçilər qeyd edirlər ki, revanşist müxalifət küçələrə çıxsa da, risk edib hökumət binalarına daxil olmurlar. Çünki bu halda Paşinyan hökuməti müxalifətə qarşı sərt addımlar atmaq üçün ciddi əsaslar əldə edəcək.


Müəllif: Nemət

Oxşar xəbərlər