17 May 2022 00:54
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistanın Xoroq şəhərindəki ümumpamir mitinqində polislə aksiya iştirakçıları arasında toqquşma baş verib.

Teleqraf.com xəbər verir ki, şəhərə zirehli texnika və polis qüvvələri yeridilib.

Güc strukturları ilə toqquşmada bir neçə nəfər yaralanıb. Polis mərkəzi meydana aparan yolları bağlayıb. Şəhərdə internet kəsilib.

Polis Xoroq şəhərindəki aksiya iştirakçılarına qarşı rezin güllə və gözyaşardıcı qaz tətbiq edib.

Azadlıq radiosunun tacik xidməti xəbər verir ki, qarşıdurmada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Saxlananlar barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Tacikistan prezidenti Emomali Rahmon hazırda KTMT-nin iclasında iştirak etmək üçün Moskvadadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər