Ukrayna Mariupolda “Azovstal”ın bunkerlərində olan hərbçiləri xilas etmək üçün əməliyyata start verib.
Teleqraf.com xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Anna Malyar bildirib.
Qeyd olunur ki, “Azovstal”dakı yaralı əsgərlər işğal altındakı Novoazovskdakı xəstəxanaya təxliyə edilib.
Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, Sərhəd Xidməti birlikdə "Azovstal" zavodunun ərazisində blokadaya alınmış Mariupol müdafiəçilərinin xilas edilməsi əməliyyatına başlayıb. Mayın 16-da 53 ağır yaralı tibbi yardım üçün Azovstaldan Novoazovskdakı tibb müəssisəsinə təxliyə edilib.
Daha 211 nəfər humanitar dəhlizlə Olenevkaya çatdırılıb və onların evlərinə qaytarılması üçün mübadilə proseduru həyata keçiriləcək.