19 May 2022 17:44
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Asiyaya yola düşür. Amerika lideri regiona ilk səfərində bir qədər geciksə də, Şərq onun xarici siyasətində mərkəzi hədəfi olaraq qalır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın CNN telekanalının efirində bildirilib.

Baydenin səfərinin ABŞ-ın iki müttəfiqi - Cənubi Koreya və Yaponiya ilə tərəfdaşlığı gücləndirmək məqsədi daşıdığı deyilib.

“Bayden və komandası Rusiyanın Ukraynaya müdaxiləsinə çoxlu vaxt və resurslar sərf etsə də, Şimali Koreyanın təxribatları artıb, Çin öz iqtisadi və hərbi gücünü nümayiş etdirməkdə davam edir”, - məlumatda vurğulanıb.

CNN Baydenin Şimali Koreyanın onun səfəri ilə üst-üstə düşə biləcək qitələrarası ballistik raketlərin yeraltı sınağına hazırlığı barədə məlumatlı olduğunu bildirib. Bununla belə, Ağ Evin istənilən gözlənilməz vəziyyətə hazır olduğu vurğulanıb.

Co Bayden Seulda ölkəsinin xarici siyasətini genişləndirmək istədiyini bildirən Cənubi Koreyanın yeni seçilmiş prezident Yun Sok Yulla görüşəcək. Amerika lideri daha sonra Tokioya səfər edəcək və Baş nazir Fumio Kişida ilə ikitərəfli danışıqlar aparacaq. Daha sonra Yaponiya, Avstraliya və Hindistan liderləri ilə görüşəcək.

CNN onu da qeyd edib ki, Bayden diqqətini Asiyaya yönəltməsinə baxmayaraq, Ukraynadakı müharibə onun administrasiyasının xarici siyasətinin əsas mövzusu olaraq qalır. Bayden Asiyaya yola düşməzdən əvvəl Ağ Evdə Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO-ya üzv olmaq üçün təcili müraciət edən Finlandiya və İsveç liderləri ilə görüşəcək.


Müəllif: Mənsur Rəğbətoğlu