28 Noyabr 2014 08:21
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəvə ilə hərəkət edən silahlılar Sudanın Cənubi Darfur ştatında dinc sakinlərə hücum edərək 15 nəfəri qətlə yetiriblər.

Teleqraf.com-un “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, hücum paytaxt Nyaladan 80 km aralıda baş verib. İnsident zamanı daha 10 dinc sakin yaralanıb.

Məlumata görə, dəvə ilə hərəkət edən silahlılar yolda avtomobillərə hücum edib. Hücuma məruz qalan şəxslərin qonaqlıqdan evinə qayıdan bir qrup dinc sakin olduğu bildirilir.

Sudanın Cənubi Darfur əyalətində artıq 10 ildir ki etniklər arası münaqişə davam edir.


Müəllif: