"Biz bu il Yunanıstanla strateji şuranın iclasını keçirməliydik. Amma mənim üçün artıq Yunanıstanın baş naziri Kiriakos Mitsotakis deyə kimsə yoxdur. Onunla hansısa görüşün keçirilməsini əsla qəbul etmirəm. Biz sözünün arxasında dura bilən, qürurlu və şəxsiyyətli siyasətçilər ilə yola çıxarıq”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlər kabinetinin icalsından sonra açıqlamasında deyib.
O qeyd edib ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə sonuncu görüş zamanı ölkələr arasında münasibətlərə üçüncü tərəfləri müdaxilə etməsinə icazə verməmək barədə razılığa gəldik: "Amam o, ABŞ senatında “F-16”ların Türkiyəyə satılmamasına dair çağırış etdi. Yəqin ki, ABŞ “F-16”ları Mitsotakisin sözlərinə görə bizə satmayacaq.