Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi öz vətəndaşını kosmosa göndərmək üçün hazırlıqlara başlayır.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib:
"Vətəndaşlarımızı kosmosa göndərmək üçün hazırlıqlar rəsmi olaraq başlayır”.
Türkiyə lideri bildirib ki, 45 yaşdan kiçik ölkə vətəndaşları xüsusi yaradılmış internet saytında müraciət edə bilərlər.
"Biz Armstronqunu hələ də xatırlayırıq. Ümid edirəm ki, hamıya örnək olacaq vətəndaşımızı hər zaman xatırlayacağıq", - Ərdoğan bildirib.