24 May 2022 11:30
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyanın iki ən böyük iqtisadiyyatı olan ABŞ və Çin qlobal sülh üçün açıq qarşıdurmaya getməməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.

98 yaşlı Kissincer Vaşinqton və Pekinin Tayvanı gərgin diplomatik münasibətlərin mərkəzinə qoymaqdan çəkinməli olduqlarını söyləyib.

“ABŞ hiylə və ya mərhələli proseslə iki çinli həll yoluna üz tutmamalıdır. Çin indiyə qədər nümayiş etdirdiyi səbri gözləməyə davam edəcək”, - sabiq diplomat vurğulayıb.

Kissincer tərəfləri açıq qarşıdurmadan çəkinməyə çağırıb:

“Birbaşa qarşıdurmadan qaçılmalıdır. Tayvan Çin və ABŞ arasındakı danışıqların mərkəzində olmamalıdır”.

O, ABŞ və Çini razılaşa biləcəkləri mövzulara diqqət yetirməyə də çağırıb:

“ABŞ və Çinin düşmənçilik münasibətlərini azaltması dünya sülhü üçün vacibdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər