24 May 2022 12:11
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan-Özbəkistan sərhədində 270 metr uzunluğunda tunel tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, ölkənin Oş vilayətinin Qara-Su rayonunun Telman kəndində Qırğızıstan və Özbəkistanı birləşdirən tunel aşkarlanıb.

Dərinliyi 15 metr, eni 1.5 metr olan tunel qonşu ölkə ilə sərhəd xəttinə girişindən 40 metr, çıxışından isə 270 metr olaraq ölçülüb.

Təhlükəsizlik orqanları tunelin yerləşdiyi ərazinin sahibinin ruhi xəstəxanada olduğunu müəyyən edib.

Tuneldə axtarışlar aparılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər