28 Noyabr 2014 11:39
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransız fermerlər Parisdə Eyfel qülləsinin önünə 200-ə yaxın qoyun gətiriblər.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bununla fermerlər hökumətin ekoloji siyasətinə öz etirazlarını bildirmək qərarına gəliblər. Onlar həmçinin ev heyvanlarının canavarların hücumu ilə mübarizə tədbirləri sərtləşdirməyi tələb edir.

Hökumət isə kompensasiyanın məbləğinin qənaətbəxş olduğunu qeyd edirlər. Etirazçılar ölkənin kənd təsərrüfatı naziri Stefan La Follem ilə görüş tələb ediblər.

Qeyd edək ki, fransız mətbuatı canavar hücumu nəticəsində 2013-cü ildə 6800 ev heyvanı həlak olub. Fermerlər bu rəqəmin ilbəil artdığından narahatlığını ifadə edirlər.

Samir


Müəllif:

Oxşar xəbərlər