26 May 2022 11:10
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya və Ukrayna arasında ən uğurlu vasitəçi ölkə Türkiyə idi”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Xarici işlər naziri Dmitri Kuleba deyib.

“Türkiyə müxtəlif səbəblərdən vasitəçilik təklif edən ölkələrdən biri idi. Türkiyə ən uğurlusu oldu. Rusiya-Ukrayna danışıqlar nümayəndə heyətlərinin İstanbuldakı görüşü danışıqlar prosesinin ən yüksək nöqtəsi idi”, - nazir bildirb.

İstanbuldakı görüşdən sonra danışıqlar prosesinin iflasa uğradığını söyləyən Kuleba iki ölkə arasında müzakirələri aparan işçi qrupunun sonuncu dəfə nə vaxt görüşdüyünü belə xatırlamadığını vurğulayıb.

Rusiyanın davamlı olaraq “Ukraynanın diplomatiyaya ehtiyacı yoxdur, Ukrayna bizimlə danışmaq istəmir” kimi açıqlamalar verdiyini qeyd edən Kuleba Moskvanın bununla işğalçı addımlarını ört-basdır etməyə çalışdığını deyib.

Kuleba Vladimir Putinin Ukraynanın Xerson və Zaporojye vilayətlərində yaşayanların Rusiya vətəndaşlığı almasını asanlaşdıran qərar imzalamasına da reaksiya göstərib: “Əgər yaxşı niyyətli danışıqlar istəyirsənsə, belə şeylər etməməlisən. Bu, bu qədər sadədir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər