28 May 2022 09:49
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qüvvələri Ukrayna ordusunun əks-hücumundan sonra xeyli itki verərək Novopil və Novodarivkadan geri çəkiliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, ruslar Novopavlovsk və Zaporojye istiqamətlərində Vremivka, Poltavka, Çervone, Xulyapole, Orixiv, Kamyanske və digər yaşayış məntəqələrinin ərazilərində mülki infrastrukturu atəşə tutub.

Ukrayna Müdafiə Qüvvələrinin əks-hücumu ilə qarşılaşan rus qüvvələri xeyli itki verərək Novopil və Novodarivka yaşayış məntəqələri ərazilərindən geri çəkiliblər.

Məlumata görə, Rusiya qüvvələri cəbhə xəttinin Velyka Novosilka-Novodarivka-Malınivka xəttində xeyli texnika və canlı qüvvə toplayıb. Rusların Zaporojye istiqamətində hərəkətə keçməyə cəhd göstərdiyi bildirilir. Amma bu cəhdlərin uğursuz olduğu deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu