30 May 2022 19:02
1 876
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çərşənbə axşamı Dubayda iki ölkə arasında ticarəti artırmaq məqsədi daşıyan azad ticarət sazişi imzalayacaqlar.

Teleqraf.com xəbər verir ki, iki ölkə arasında alınıb-satılan məhsulların, o cümlədən ərzaq, kənd təsərrüfatı, kosmetika, tibbi avadanlıq və dərmanların 96 faizindən gömrük rüsumu silinəcək.

Qeyd edək ki, iki ölkə 2020-ci ilin sentyabrında Vaşinqtonda imzalanan “İbrahim razılaşması” çərçivəsində münasibətlərə rəsmən start veriblər.

Bu razılaşmaya qədər ərəb ölkələri ilə heç bir ticari əlaqəsi olmayan İsrailin BƏƏ ilə ticarəti 900 milyon dollara çatıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər